Şəfəqə Doğru » Gündəm » Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır.... – Həm də təcili...

Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır.... – Həm də təcili...

Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır.... – Həm də təcili...

Xəbər verdiyimiz kimi, sentyabrın 24-dən oktyabrın 5-nə qədər Ermənistanda irimiqyaslı hərbi təlimlər keçiriləcək.

Shafaqadogru.com  erməni mənbələrinə istinadən xəbər verir ki, Ermənistanın Müdafiə Nazirliyi hərbi təlimlərin bütün ölkəni əhatə edəcəyi, hər bir ölkə vətəndaşının bu təlimlərin təsirini gündəlik yaşamında hiss edəcəyini bildirib.

Ermənistandakı təlimlərlə bağlı diqqət çəkən başlıca məqam isə bu təlimlərdə bütün qoşun növlərinin tam tərkibdə iştirakı ilə bağlıdır. Daha bir maraqlı məqam isə ehtiyata buraxılan bütün şəxslərin hərbi təlimləri üçün ordu sıralarına çağırılacağından ibarətdir. Belə ki, Silahlı Qüvvələrdən ehtiyata buraxılan bütün şəxslərin keçiriləcək səfərbərlik əsnasında ordu sıralarına çağırılması və onların da bu təlimlərdə iştirakı gözlənilir.

Erməni hərbi komandanlığı elan edib ki, "ümumxalq təlimləri”nin keçirilməsində məqsəd müharibə olacağı təqdirdə bütün ölkənin vahid mexanizm kimi dəqiq fəaliyyətini təmin etmək, hər hansı çaşğınlıq və yanlış qərarların qəbulunu önləməkdir