Şəfəqə Doğru » Gündəm » “Əsl həqiqətlər üzə çıxarılacaq” – MŞ sədri Əfqan Muxtarlının məsələsinə toxundu

“Əsl həqiqətlər üzə çıxarılacaq” – MŞ sədri Əfqan Muxtarlının məsələsinə toxundu

“Əsl həqiqətlər üzə çıxarılacaq” – MŞ sədri Əfqan Muxtarlının məsələsinə toxundu

Bu gün bir qrup jurnalist Azərbaycan Mətbuat Şurasına gələrək 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist Əfqan Muxtarlının vəkilinə sözügedən həbsxanada təzyiq göstərildiyini iddia ediblər. Onlar bu halı jurnalistin müdafiə olunmasına maneçilik kimi dəyərləndiriblər.

Shafaqadogru.com xəbər verir ki, bunu millət vəkili, Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov bildirib.


O, qeyd edib ki, AMŞ olaraq Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyi ilə əlaqə saxlayıb, müzakirə aparıblar.


"Məsələ Pentensiar Xidmətin diqqətindədir.


Bununla əlaqədar araşdırma aparılır, əsl həqiqətlər üzə çıxarılacaq.


Belə bir hadisə baş veribsə, müvafiq ölçü götürüləcək"-deyə, AMŞ sədri sözlərinə əlavə edib.