Şəfəqə Doğru » Gündəm » "Prezidentin kadr islahatları digər məmurlar üçün də bir mesajdır" - deputat

"Prezidentin kadr islahatları digər məmurlar üçün də bir mesajdır" - deputat

"Prezidentin kadr islahatları digər məmurlar üçün də bir mesajdır" - deputat
"Yeni təyinat ölkədə yeni və uğurlu layihələrin reallaşmasına səbəb olacaq”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Deputat bildirib ki, Novruz Məmmədov səmimi və yumşaq xasiyyətli insan idi. Amma Baş nazir şübhəsiz ki, temperamentli olmalıdır:

"Əli Əsədov kifayət qədər təcrübəli, iqtisadiyyatı bilən insandır. Düşünürəm ki, yeni Baş nazir kifayət qədər iqtisadi islahatlar proqramı həyata keçirməyə qadirdir. Baş nazirin iqtisadçı olması əsas məsələlərdəndir. Əli Əsədov bu postda daha mühüm islahatlar həyata keçirəcək, özü iqtisadi təşəbbüslər irəli sürəcək. Həmçinin, iqtisadi proqramlar hazırlayıb dövlət başçısına təqdim edə biləcək”.

Parlament üzvü vurğulayıb ki, Prezidentin kadr islahatları digər məmurlar üçün də bir mesajdır:

"Yeni təyinat bu sahədə kadr və struktur islahatları ilə də nəticələnə bilər. Ola bilər ki, müəyyən paralel strukturlar birləşdirilsin. Yaxud daha operativ idarəetmə metodu yaradılsın. Ümumiyyətlə, Əli Əsədov Azərbaycanın iqtisadi həyatında fəallıq gösətərən, təşəbbüskarlığı ilə fərqlənən şəxsdir. Hesab edirəm ki, kifayət qədər uğurlu kadrdır. O, baş nazir postuna yeni nəfəs gətirəcək və növbəti islahatlara imza atacaq”.