Şəfəqə Doğru » Gündəm » Martda 15 gün iş olmayacaq

Martda 15 gün iş olmayacaq

Martda 15 gün iş olmayacaq

Mart ayında iki bayramın olması istirahət günlərinin sayını artırır.

Shafaqadogru.com  xəbər verir ki, gələn ay ilk olaraq Beynəlxalq Qadınlar gününü qeyd edəcəyik. Bu dəfə martın 8-i həftənin bazar gününə təsadüf etdiyi üçün martın 9-u da qeyri-iş günü olacaq. Beş günlük iş həftəsi ilə işləyənlər isə üç gün, martın 7-i, 8-i və 9-u istirahət edəcəklər.

 

On gün sonra isə Novruz bayramı ilə bağlı 7 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarı ilə martın 20-dən 24-dək bayram qeyd ediləcək. Martın 21-i və 22-i həftəsonuna düşdüyü üçün qeyri-iş günləridir və bayram günləri ilə üst-üstə düşdüyünə görə bayrama iki gün də əlavə ediləcək. Beləliklə, martın 25-i və 26-sı da istirahət günləri olacaq.

Şənbə və bazar günləri də daxil olmaqla, mart ayında 15 gün qeyri-iş günüdür.