Şəfəqə Doğru » Gündəm » Devalvasiya təşvişi vətəndaşları banklara axına sövq etdi - "Binaya girə bilmirik..."

Devalvasiya təşvişi vətəndaşları banklara axına sövq etdi - "Binaya girə bilmirik..."

Devalvasiya təşvişi vətəndaşları banklara axına sövq etdi - "Binaya girə bilmirik..."
Son günlər ölkə daxilində fəaliyyət göstərən əksər bankların qarşısında sıxlıq yarandığı müşahidə olunur. Hətta bəzi bankların qarşısında vəziyyət o yerə çatıb ki, vətəndaşlar binaya daxil olmağa belə çətinlik çəkir. Oxucularımızdan biri Bərdə rayonunda Kapital Bankın önündəki sıxlığın görüntülərini göndərərək, subsidiya ödənişi üçün kart götürməyə gəlsə də binaya daxil ola bilmədiyini deyir.

Bu azmış kimi iki gün öncə neftin qiymətinin birdən-birə kəskin düşməsindən sonra devalvasiya qorxusu banklarda əmanətləri olan vətəndaşları təşvişə salıb. Onların bir çoxu banklara müraciət edərək əmanətlərinin çıxarılmasını və ya xarici valyutaya dəyişdirilməsini istəyirlər. Buna görə də istər rayonlarda, istərsə də şəhərlərdə bankların qarşısında bu cür ajiotaj yaradıblar.



Baxmayaraq ki, belə bir təşvişə heç bir əsas yoxdur. Hökumət neftin kəskin düşməsi ilə bağlı iclas keçirərək önləyici tədbirlər planı hazırlayıb. İclasda bildirilib ki, vətəndaşlarımızın təşvişə düşməsinə səbəb yoxdur, ölkə iqtisadiyyatı bu cür qısaqapanmalara qarşı dayanıqlıdır və 50 milyard dollardan artıq xarici valyuta ehtiyatımız qarşıdakı bir neçə ildə də iqtisadiyyatımızı təlatümlərdən qoruyacaq təhlükəsizlik yastığı rolunu oynayacaq.