Şəfəqə Doğru » Gündəm » Bu icra hakimiyyətinin bütün işçiləri karantinə alındı

Bu icra hakimiyyətinin bütün işçiləri karantinə alındı

Bu icra hakimiyyətinin bütün işçiləri karantinə alındı

Bir neçə gün əvvəl koronavirusa yoluxan Quba Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Səidə Abbasovanın və ümumi şöbənin müdiri Neman Hüseynovun vəziyyəti normaldır, müalicələri davam edir.

Shafaqadogru.com  xəbər verir ki, bunu Axar.az-a açıqlamasında Quba RİH-in İnformasiya təminatı və təhlili sektorunun müdiri Rəsul Bayramov deyib. O bildirib ki, hazırda İcra Hakimiyyətinin bütün əməkdaşları karantindədir:

"İyulun 10-da verilən testin nəticəsinə əsasən 2 əməkdaşımızda virus aşkarlanıb. Onlar xəstəxanada müalicələrini davam etdirirlər. Digər əməkdaşlarımız isə karantindədir. Hazırda yalnız informasiya sektorunun müdiri olaraq mən iş başındayam. Sabah isə növbəti test keçiriləcək”.

Qurum rəsmisi onu da vurğulayıb ki, rayonun icra başçısının səhhətində heç bir problem yoxdur.