Elmar Məmmədyarov istefa ərizəsi yazıb – XİN RƏHBƏRİNİN İŞƏ ÇIXMAMASININ SƏBƏBİ BƏLLİ OLDU
- Tarix: 16-iyul-2020, 12:08 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 215
Xarici işlər naziri Elmar Məmmədyarov bir neçə gün öncə istefa ərizəsi yazıb.

Bu barədə Gununsesi.org-a məlumatlı mənbələrdən informasiya daxil olub.
Xəbərdə bildirilir ki, Məmmədyarov DTX-nın Xarici İşlər Nazirliyindəki anti-korrupsiya əməliyyatından sonra bu addımı atıb.

Qeyd edək ki, ölkə başçısı hökumətin müşavirəsində Elmar Məmmədyarovu sərt tənqid edib.

Prezident bildirib ki, 12 iyul günü naziri axtarsa da tapa bilməyib.
Sonradan XİN rəhbəri baş nazirə bildirib ki, evindən işləyir.

Görünür, nazirin işə getməməsi məhz bir neçə gün əvvəl yazdığı istefa ərizəsi ilə bağlıdır.

Oxşar xəbərlər