"Gürcüstan və Azərbaycan arasında heç bir anlaşılmazlıq və bizim strateji tərəfdaşlığımıza təhlükə yoxdur”.
Bunu Gürcüstanın baş naziri Giorgi Qaxaria deyib.
Ermənistana silah-sursatın Gürcüstan ərazisi ilə çatdırılmasına dair məlumatları şərh edən hökumət başçısı bildirib ki, bu informasiyalarda qeyri-dəqiqlik var: "Gürcüstanın siyasi problemi olmayacaq, çünki biz öhdəliklərimizi beynəlxalq hüquqa müvafiq olaraq yerinə yetiririk. İlk növbədə, KİV-in yaydığı informasiya qeyri-dəqiqdir. Bu informasiya iki ölkə arasında müzakirə mövzusu olacağı təqdirdə maraqlı ola bilər”.
G.Qaxaria bildirib ki, Gürcüstan-Azərbaycan arasında strateji tərəfdaşlığa heç bir təhdid yoxdur: "Yüksək səviyyədə olan münasibətləri təhdid etmək mümkün deyil”.
Onun sözlərinə görə, hər hansı bir onlayn nəşrin yaydığı informasiya ilə bağlı sualın verilməsi iki ölkə arasındakı münasibətlərin konteksinə uyğun deyil: "Bu, bir riskdir”.