Daha bir rayonda yas məclisi dayandırıldı: 8 nəfər cərimələndi - FOTO
- Tarix: 10-avq-2020, 11:54 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 562

Beyləqan Rayon Polis Şöbəsinə rayonun Allahyarlı kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib.

Mərasim dayandırılıb və orada olanlardan 8 nəfər polis şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.


Oxşar xəbərlər