Azərbaycanlı milyarder Qabil Həsənov Türkiyənin Antalya şəhərində sahib olduğu otellərə öz millətindən olan müştəriləri buraxmır.
Yenicag.az xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynalı "facebook” hesabında paylaşım edib.
Məsələ ilə bağlı araşdırma apardığını bildirən Zeynallı, maraqlı faktla üzləşdiyini bildirib. Onun sözlərinə görə, azərbaycanlıların buraxılmadığı sözügedən otelə gələn erməni müştərilərə "gözün üstündə qaşın var” deyilmir.
Yenicag.az-ın araşdırması nəticəsində məlum oldu ki, Qabil Həsənov 2012-ci ildə Antalyada "Amara Beach” otelini satın alıb.
Bundan başqa onun Antalyanın Belek bölgəsində "Alva Donna” adlı beş ulduzlu oteli də var.
Qabil Həsənovun sahib olduğu otellərin sayı bununla bitmir. O, eyni zamanda "Kiriş PGS” otelinin də sahibidir. Bu otel də digərləri kimi beş ulduzludur.
Araşdırmamız nəticəsində o da məlum oldu ki, adıçəkilən şəxs Türkiyədə "Sahil M” inşaat şirkətinin sahibidir. Bu şirkətdə onun sərmayəsi isə 50 milyon türk lirəsi təşkil edir.