Shafaqadogru.com-un xəbərinə görə, o, bu barədə "Youtube"də yayımlanan müraciətində bildirib.
O, Belarusda vəziyyətin sabitləşməsi, həyatın normal ritminə qayıtması üçün məsuliyyəti üzərinə götürməyə və milli lider qismində çıxış etməyə hazır olduğunu bəyan edib.
S. Tixanovskaya qeyd edib ki, ölkədəki bütün siyasi məhbuslar sərbəst buraxılmalı, həmçinin beynəlxalq ictimaiyyətin qeyd-şərtsiz qəbul edəcəyi həqiqi, ədalətli və şəffaf seçkilərin təşkili üçün qanunvericilik bazası və şərtlər hazırlanmalıdır.