Şəfəqə Doğru » Gündəm » Azərbaycana gizli yolla dərman gətirmək istədilər - Foto

Azərbaycana gizli yolla dərman gətirmək istədilər - Foto

Azərbaycana gizli yolla dərman gətirmək istədilər - Foto

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postunda üç fakt üzrə siqaret və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.


<iframe class="adviad-resize" style="box-sizing: border-box; font: inherit; vertical-align: baseline; max-width: 100%; width: 690px; margin: 0px !important; padding: 0px !important; border-width: initial !important; border-style: none !important; height: 0px !important; min-height: 0px !important; display: block !important;"></iframe>Shafaqadogru.com  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Gürcüstan istiqamətindən gələn "Mercedes-Benz 1840”, "Mercedes-Benz Axor” və "Volvo” markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3800 ədəd müxtəlif markalı siqaret və 176 müxtəlif adda dərman preparatları aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.

Azərbaycana gizli yolla dərman gətirmək istədilər - Foto