Şəfəqə Doğru » Gündəm » Minskdə etirazçılarla güc strukturları arasında toqquşma — VİDEO+YENİLƏNİB

Minskdə etirazçılarla güc strukturları arasında toqquşma — VİDEO+YENİLƏNİB

Minskdə etirazçılarla güc strukturları arasında toqquşma — VİDEO+YENİLƏNİB

Belarusun paytaxtı Minskin Müstəqillik prospektində icazəsiz mitinq iştirakçıları ilə güc strukturları əməkdaşları arasında toqquşma olub. "Qafqazinfo” bildirir ki, bu barədə "RİA Novosti” xəbər verib.


İnsident Dövlət Təhlükəsizliyi Komitəsinin binası yaxınlığında baş verib. Bir neçə nəfər saxlanılıb.  


Həmçinin, məlumdur ki, OMON Müstəqillik prospektində etirazçılar dəstəsini mühasirəyə alıb.


Paytaxtda dörd mərkəzi metro stansiyasının giriş-çıxışı bağlanıb: "Ploşad Lenina”, "Oktyabrskaya”, "Kupalovskaya” və "Ploşad Pobedı”.

***

Belarus Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi Olqa Çemodanova "RİA Novosti”yə açıqlamasında bildirib ki, Minskdə iki saat davam edən icazəsiz aksiya zamanı 125 nəfər saxlanılıb.