Şəfəqə Doğru » Gündəm » Eynulla Fətullayev: “Bu nədir, məgər Azərbaycanda çevriliş və ya inqilab baş verib?”

Eynulla Fətullayev: “Bu nədir, məgər Azərbaycanda çevriliş və ya inqilab baş verib?”

Eynulla Fətullayev: “Bu nədir, məgər Azərbaycanda çevriliş və ya inqilab baş verib?”
Jurnalist Eynulla Fətullayev son zamanlar baş verənlərə münasibət bildirib.

PİA.az-ın xəbərinə görə, E.Fətullayev deyib: "Yuxudan oyanıram... Əli Həsənov beynəlxalq axtarışa verilib, Ramiz Mehdiyev dissident yazılarla çıxış edir, Siyavuş Novruzov YAP-dan istefa verib, Elmar Məmmədyarov korrupsiyada ittiham olunub, Əbülfəz Qarayev hökuməti ədalətsizlikdə suçlayır, qatı müxalifətçi İlqar Məmmədov hökumətə dəstək verir, Bakı gənclər klubunun sədri Beyləqana icra başçısı təyin edilir, Aslan İsmayılov hakimiyyəti Ramiz Mehdiyevdən müdafiə edir, hər gün bir başçı tutulur, məmurlar jurnalistlərin suallarına cavab verir... Yeni nazirlərin bir çoxlarının adlarını isə bilmirəm. Bu nədir - məgər Azərbaycanda çevriliş və ya inqilab baş verib? Hələlik beynim gerçəkdən uzaq bu cür məlumatları qəbul etmir. Error!”