Şəfəqə Doğru » Gündəm » Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq

Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq

Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq

Aparıcı Hacı Nuran Hüseynov Tovuz döyüşlərindən şəhid olmuş Elşad Məmmədovun oğlunun kirvəsi olacaq.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. N. Hüseynov 9 aylıq Məhəmmədlə fotosunu paylaşaraq onun kirvəsi olacağını qeyd edib:"Yenidən mənə doğma olan bir evdəyəm, Tovuz rayonunun Ağdam kəndində... Bu ev məni öz əzizi kimi qarşıladı. Bu ailə məni ən yaxın adamı kimi salamladı.O körpə də sanki məni tanıyırmış kimi üzümə gülümsədi. Axı mən onun kirvəsi olacağam”.