Şəfəqə Doğru » Gündəm » Paşinyanın malikanəsində tut arağı çəkdirdiyi bəlli oldu...-FOTO

Paşinyanın malikanəsində tut arağı çəkdirdiyi bəlli oldu...-FOTO

Paşinyanın malikanəsində tut arağı çəkdirdiyi bəlli oldu...-FOTO
"Bildiyiniz kimi, bənzərsiz Nikol Paşinyan bu yaxınlarda tətildən qayıtdı. Təzələnmiş üz rəngi, sadiq həyat yoldaşı Anna Akopyanla (5 milyon ABŞ dollarına yeni bir qol saatında) göstərişli selfi və yaxşılaşmış  sağlamlıq...  Tfu-tfu! Göz dəyər!..”

Shafaqadogru.com  xəbər verir ki,  işğalçı ölkə lideri haqqında bu sözləri Ermənistan mediası sosial şəbəkələrdə baş nazir haqqında sadə ermənilərin yazdıqlarına istinadla yayıb. 
Daha sonra yazıda sual edilir: 

"Baş nazirin "ikinci gəncliyi”nin sirri nədədir? Sağlam yemək? At sürmək? Sizə cavab verəcəyik: sirri çox sadədir - iki il ərzində dəbdəbəli yaşamağa vərdiş etmiş Nikol Paşinyanın malikanəsində qurulmuş bir cecə(tut) arağı çəkən qurğu. Belə ki, sosial şəbəkələrdə baş nazirin xüsusi iqamətgahının həyətində çəkilmiş fotolar yayılıb. Göründüyü kimi, Paşinyanın ailəsi və şəxsi yaxın yoldaşları ənənəvi olaraq sevilən - "həqiqi erməni” nin sərxoşedici sadiq yoldaşı ilə məşğul olmaqdan çəkinmirlər. Ancaq hörmətli baş nazir, xahiş edirik, bu ziyafətləri kimin hesabına qurduğunuzu unutmayın. Çünki siz özünüz də sadə kəndlilərin, sadə erməni əməkçilərinin tut arağına olan asılılığını azaltmalarında israr edirsiniz. Təklifinizin absurdluğu barədə düşünün: dövlət xəzinəsinə əmlak vergisini ödəyə bilmək üçün az için! Mütləq az içmək lazımdır. Hər şeydən əvvəl sağlamlığınızı qorumaq üçün. Ancaq üzr istəyirəm, daha çox vergi ödəməmək üçün yox... 

Axı məhz siz insanların sağlamlığını qorumağa borclusunuz. Ancaq puldan başqa bir şey sizi narahat etmir. Bu gecə bu fotoşəkilləri görən adi fəhlələr, kəndlilər nə deyəcəklər? Bilirsiz, nə deyəcəklər? Onlar deyəcəklər ki, sizin və ailəniz kimi dövlət  büdcəsi hesabına eyni həyat tərzi sürsəydilər, öz çəkdikləri tut arağının küpünə girməkdən də imtina etməzdilər...”
P.S. Yaxşı ki, Azərbaycanda  dövlət büdcəsi və rüşvət, korrupsiya hesabına belə quduran, villasında təmiz tut arağı içib əyyaşlıq edən yüksək vəzifəli məmurlar yoxdur...