Belarusda gizli inauqurasiyadan sonra etirazlar başladı - Fotolar
- Tarix: 24-sen-2020, 13:14 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 77

Ötən gün Lukaşenkonun gizli inauqurasiya mərasiminin keçirilməsindən sonra Belarusda etirazlar yenidən alovlanıb.

Shafaqadogru.com xəbər verir ki, inauqurasiya mərasimindən sonra ABŞ, Almaniya və Ukrayna hökumətləri Lukaşenkonu Belarus Prezidenti olaraq tanımadıqlarını elan edib. Bu açıqlamadan sonra Belarus küçələri yenidən qarışıb.

 

Polis nümayişçilərə sərt müdaxilə edib. Etirazçıların bəzilərinin ağır yaralandığı bildirilib. Ötən gün ərzində ölkə üzrə etirazlarda ümumilikdə 364 nəfər, təkcə Minsk şəhərindəki nümayişlərdə isə 252 nəfər saxlanılıb. 

Xatırladaq ki, sentyabrın 23-ü Aleksandr Lukaşenkonun 6-cı dəfə Prezident səlahiyyətlərinin icrasına başlaması münasibətilə gizli inauqurasiya mərasimi keçirilib. Müstəqillik sarayında keçirilən tədbirin tarixi son ana qədər gizli saxlanılıb.

 






 

Oxşar xəbərlər