Şəfəqə Doğru » Gündəm » Rusiya sülhməramlılarını daşıyan daha 18 təyyarə İrəvana enib

Rusiya sülhməramlılarını daşıyan daha 18 təyyarə İrəvana enib

Rusiya sülhməramlılarını daşıyan daha 18 təyyarə İrəvana enib
Rusiya sülhməramlı qüvvələrini daşıyan Rusiya Aerokosmik Qüvvələrinin daha 18 İl-76 hərbi-nəqliyyat təyyarəsi İrəvanda aerodroma enib.
Shafaqadogru.com  TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Müdafiə Nazirliyindən jurnalistlərə məlumat verilib.

Bildirilib ki, bundan başqa daha iki An-124 "Ruslan” hərbi-nəqliyyat vasitəsi də aerodroma eniş edib.

Qeyd olunub ki, Dağlıq Qarabağda sülhməramlı əməliyyatlarda iştirak edəcək 15-ci sülhməramlı briqadanın şəxsi heyəti və texnika təyyarələrdə yola salınıb.

Məlumatda o da bildirilib ki, sutka ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələrində 58 hərbi texnika Ermənistana gətirilib.