Şəfəqə Doğru » Gündəm » Tixanovskaya Belarusa qayıtmaq üçün kömək istəyib

Tixanovskaya Belarusa qayıtmaq üçün kömək istəyib

Tixanovskaya Belarusa qayıtmaq üçün kömək istəyib

Shafaqadogru.com xəbər verir ki, o, bu barədə öz "Telegram" kanalında yazıb.

Tixanovskaya beynəlxalq təşkilatları ona Vətəninə dönməkdə kömək göstərməyə çağırıb.

O, doğma Vətəninə qayıtmağı çox istədiyini etiraf edib və təhlükəsizliyinin təmin olunmasını istəyib.

"Baxmayaraq ki, mən cinayət işi açılıb, mən beynəlxalq cəmiyyətin köməyi ilə Belarusa qayıtmaq istəyirəm. Ölkələrarası axtarışda olmağım mənim üçün xüsusi sığortadır",-deyə vurğulayıb.

Qeyd edək ki, ötən ilin avqustun 9-da Belarusda keçirilən prezident seçkilərində Prezidenti Aleksandr Lukaşenkonun rəqibi, müxalifətdən olan həyat yoldaşı həbs edilən Svetlana Tixanovskaya rəsmi rəqəmlərə görə 10 faiz səs toplayaraq 80 faiz səs toplayan rəqibindən geridə qalıb. Lakin müxalifət tərəfdarları səsvermədə saxtakarlığa yol verildiyini bildiriblər və ölkədə bundan sonra etiraz aksiyaları başlayıb.

Qeyd edək ki, Tixanovskaya hazırda Litvadadır.