Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında”, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, "Diplomatik xidmət haqqında”, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 362-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Shafaqadogru.com fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 584; 2003, № 8, maddə 441; 2005, № 11, maddə 1009; 2009, № 6, maddə 419; 2010, № 3, maddə 183; 2013, № 12, maddə 1506, 2015, № 2, maddə 120; 2020, № 12 (I kitab), maddə 1480; 2021; № 3, maddə 221) ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 7-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
"7. Dövlət qulluqçusuna ilk dəfə ixtisas dərəcəsi ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali – üçüncü təsnifatına uyğun olan vəzifəyə təyin edildikdə və 1 – 5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci – yeddinci təsnifatına uyğun olan vəzifələr üzrə daimi dövlət qulluğuna qəbul edildikdə, yardımçı vəzifə iddiasında olanlara isə müvafiq vəzifəyə təyin edildikdə verilir.”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Dövlət qulluğu haqqında”, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, "Diplomatik xidmət haqqında”, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 362-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 iyun tarixli 936 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 iyun tarixli 936 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1032) ilə təsdiq edilmiş "Dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı dəniz limanında göstərilən xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1.4-cü bəndində "Azərbaycan Respublikası Tarif (qiymət)” sözləri "Koordinasiya” sözü ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 655 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1127; 2016, № 6, maddə 1033, № 8, maddə 1384; 2018, № 8, maddə 1677; 2019, № 5, maddə 828) aşağıdakı dəyişikliklər edilsin:
1. 9-cu hissədə "Azərbaycan Respublikasının Tarif (qiymət)” sözləri "həmin Koordinasiya” sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası haqqında Əsasnamə”nin 4.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:
"4.4. Koordinasiya Şurasının fəaliyyətinin təşkili ilə bağlı işləri Koordinasiya Şurasının Katibliyi (bundan sonra – Katiblik) həyata keçirir. Katibliyin tərkibinin formalaşdırılmasını və fəaliyyətinin təşkil edilməsini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.”.
3. Həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tərkibi” üzrə:
3.1. "Koordinasiya Şurasının sədri” hissəsində "iqtisadiyyat” sözü "nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri ilə əvəz edilsin;
3.2. "Koordinasiya Şurasının üzvləri” hissəsində "nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci” sözləri "iqtisadiyyat nazirinin” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, № 11, maddə 1357; 2021, № 1, maddə 30; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 iyun tarixli 1364 nömrəli və 23 iyun tarixli 1378 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1.28-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"3.1.28. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün normativ hüquqi aktlarda nəzərdə tutulan sənədlər, ödəniləcək vergi və rüsumlar, hesabatlar, lisenziya və icazələr və s.) mərkəzləşdirilmiş qaydada əldə edilməsini asanlaşdırmaq məqsədilə "e-KOB evi” portalının (bundan sonra – portal) yaradılmasını, fəaliyyətini, portalda "Sahibkarın elektron kabineti” və "Biznes Naviqator” altsistemlərinin yaradılmasını, dövlət orqanları (qurumları) tərəfindən KOB evlərində göstərilən və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş, habelə Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra − EHİS) inteqrasiya olunmuş elektron xidmətlərin, EHİS vasitəsilə portal üzərindən elektron formada göstərilməsini təmin etmək;”.
2. 3.1.29-cu yarımbənddə "işini əlaqələndirmək” sözləri "əlaqələndirilməsini” sözü ilə, "təşkil etmək üçün portalın daxilində "KOB e-şəbəkə”sini yaratmaq və elektron xidmətlərin mərkəzləşdirilmiş dövlət informasiya sistemləri ilə inteqrasiyasını təmin etmək” sözləri "portalın "Biznes Naviqator” altsistemi vasitəsilə təşkil etmək” sözləri ilə əvəz edilsin.
***
Prezident İlham Əliyev "e-KOB evi” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. "e-KOB evi” portalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq "e-KOB evi” portalının (bundan sonra – portal) Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra − EHİS) inteqrasiyası ilə bağlı zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi:
3.1. portalın formalaşdırılması və aparılması ilə bağlı zəruri tədbirlər görsün;
3.2. dövlət orqanları (qurumları) tərəfindən kiçik və orta biznes evlərində göstərilən və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş, habelə EHİS-ə inteqrasiya olunmuş elektron xidmətlərin, EHİS vasitəsilə portal üzərindən elektron formada göstərilməsini təmin etsin;
3.3. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;
3.4. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə portalın "Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görsün.
4. Dövlət orqanları (qurumları) bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 1.2-ci bəndinə uyğun olaraq məlumatların mərkəzləşdirilmiş qaydada əldə edilməsini və həmin Əsasnamənin 3.3-cü və 3.4-cü bəndlərində nəzərdə tutulan xidmətlərin bu Fərmanın 3.2-ci bəndinə uyğun olaraq göstərilməsini təmin etmək məqsədilə aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə inteqrasiyası üçün zəruri tədbirlər görsünlər.
***
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində və "Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 368-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” 2001-ci il 19 iyul tarixli 541 nömrəli, "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 6 iyul tarixli 669 nömrəli, "Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2014-cü il 14 may tarixli 161 nömrəli, "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 40-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 27 yanvar tarixli 751 nömrəli fərmanlarında dəyişiklik edilməsi və "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanının ləğv edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 478; 2005, № 2, maddə 69; 2006, № 12, maddə 1053; 2007, № 6, maddə 601; 2012, № 12, maddə 1239; 2014, № 9, maddə 1027; 2016, № 5, maddə 877; 2017, № 8, maddə 1521; 2018, № 5, maddə 945, № 9, maddə 1840) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.1-ci bənddə "4.4-cü maddəsində (birinci halda)” sözləri "2.5-ci və 4.4-cü (birinci halda) maddələrində” sözləri ilə əvəz edilsin;
1.2. 2.4-cü bənddə "14.2-ci və 22.4-cü maddələrində” sözləri "4.1-ci, 4.2-ci, 5.1-ci, 5.2-ci, 8.2-ci, 12.1-ci, 13.2-ci, 14.2-ci, 15.3-cü, 18.2-ci, 22.4-cü, 22.6-cı (birinci halda), 25.1-ci, 29.2-ci, 30.3.1-ci, 44.4-cü maddələrində, 61.2-ci maddəsinin birinci cümləsində, 62.1-ci, 63.1-ci, 63.2-ci, 63.3-cü, 64.1-ci, 67.3-cü, 68-ci, 89-cu (hər iki halda) maddələrində, 182.2-ci maddəsinin birinci cümləsində və 265.4-cü maddəsində” sözləri ilə əvəz edilsin;
1.3. 2.8-ci bənddə "nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri "orqan (qurum)” dedikdə” sözləri ilə, "Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri "Azərbaycan İnvestisiya Holdinqi” sözləri ilə və "həyata keçirir” sözləri "nəzərdə tutulur” sözləri ilə əvəz edilsin;
1.4. 2.9-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.10-cu bənd əlavə edilsin:
"2.10. həmin Məcəllənin 20-ci, 27.2-ci və 275.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.”.
2. "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 669 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 678) 3-cü hissəsi ləğv edilsin.
3. "Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 161 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 474; 2015, № 9, maddə 990; 2020, № 1, maddə 10, № 3, maddə 236) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1-ci bənddə "5.4-cü maddəsində və” sözləri "3.1.2-ci və 5.4-cü maddələrində,” sözləri ilə əvəz edilsin;
3.2. 3.2-1-ci bənddə "nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri "orqan (qurum)” dedikdə” sözləri ilə, "Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri "Azərbaycan İnvestisiya Holdinqi” sözləri ilə və "həyata keçirir” sözləri "nəzərdə tutulur” sözləri ilə əvəz edilsin.
4. "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 40-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 yanvar tarixli 751 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 73) 3-cü hissəsi ləğv edilsin.
5. "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 702; 2003, № 6, maddə 286; 2006, № 11, maddə 945; 2008, № 8, maddə 719, № 11, maddə 980; 2012, № 7, maddə 678, № 12, maddə 1240; 2016, № 5, maddə 878, 2018, № 9, maddə 1840) ləğv edilsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində və "Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 368-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 2 iyul tarixli 357-VIQD nömrəli Qanununun tətbiqi və "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun
20.11.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 20.11.1-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
2. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 228; 2009, № 11, maddə 883; 2013, № 6, maddə 631; 2016, № 9, maddə 1467; 2017, № 5, maddə 756; 2018, № 2, maddə 185, № 12 (I kitab), maddə 2580; 2019, № 2, maddə 231, № 4, maddə 653, № 7, maddə 1220, № 8, maddə 1390) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1-ci bəndə "1.0.18-ci” sözlərindən sonra ", 20.11.1-ci” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:
"2.1-1. həmin Qanunun 20.11.1-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”.
3. Bu Fərman 2020-ci il yanvarın 1-dən tətbiq edilir.
***
Prezident İlham Əliyev "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 2 iyul tarixli 358-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və "Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 7 fevral tarixli 194 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 23.2-1-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.
2. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518; 2018, № 2, maddə 170, № 11, maddə 2249; 2019, № 1, maddə 75, № 8, maddə 1403; 2020, № 1, maddə 7, № 7, maddə 871, № 11, maddə 1348, № 12 (I kitab), maddə 1480) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.1-ci bəndə "17.5-ci,” sözlərindən sonra "23.2-1-ci,” sözləri əlavə edilsin;
2.2. 3.1-1-ci bəndə "cümləsində” sözündən sonra "və 23.2-1-ci maddəsində” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 70; 2007, № 11, maddə 1117; 2018, № 2, maddə 187; № 8, maddə 1038) ilə təsdiq edilmiş "Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın 6-cı hissəsində "azı 15 il” sözləri "minimum 15 il ("Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla)” sözləri ilə əvəz edilsin.
4. Bu Fərman 2020-ci il yanvarın 1-dən tətbiq edilir.