Şəfəqə Doğru » Mədəniyyət » ATANDA BİR BAXAYDIN DA...

ATANDA BİR BAXAYDIN DA...

ATANDA BİR BAXAYDIN DA...

Bir gün məni axtararsan,
məndən gen düşən sevdiyim.
Nağıldan sonra alma tək
gözümdən düşən sevdiyim.

Axtararsan, axtararsan
tapa bilməzsən sən məni.
Atanda bir baxaydın da,
hayana atmısan məni.

İşdən də xəbər alarsan,
«yerində yoxdu» deyəllər…
Özünü divardan asıb
harasa çıxdı – deyəllər.

Salam Sarvan