Şəfəqə Doğru » Mədəniyyət » “Ev üçün ayırdığım pulu qazilərimizə xərclədim, onların savabı mənə bəsdir...”

“Ev üçün ayırdığım pulu qazilərimizə xərclədim, onların savabı mənə bəsdir...”

“Ev üçün ayırdığım pulu qazilərimizə xərclədim, onların savabı mənə bəsdir...”
"Mən heç vaxt yalandan nəyisə, olmayan bir şeyi danışa bilmərəm. Niyə yalandan danışım ki, həmin ailəyə ev tikdirmişəm?! Hər zaman ev söhbətinə canla-başla yanaşmışam. Sözün düzü, onlara da ev tikdirəcəkdim, danışmışdıq da. Hətta tikinti materialları da alınacaqdı, bir sözlə, hər şey hazır idi. Mən həmin ailə ilə birbaşa əlaqəyə girməmişdim. Əmim oğluna deyiblər ki, biz başqa cür ev istəyirik. Mən isə müəyyən məbləğ ayırmışdım ki, bu işi görüm. Konkret olaraq etirazımı bildirdim və evi tikdirməkdən imtina etdim”.
 
Bunu Moderator.az-a tanınmış müğənni Şəbnəm Tovuzlu deyib. O, daha sonra əlavə edib.
 
"Həmin 5 min manatı 4 qazimizin ehtiyaclarına sərf etdim. Bilirsiniz ki, dövlətimiz onlara hər cür köməklik göstərir, bizim də onlara qayğı göstərməyimiz mütləqdir. O qazilərimizin savabı mənə bəsdir” deyə müğənni bildirib.
 
Qeyd edək ki, bir müddət əvvəl Tovuzun Dondar Quşçu kənd sakini Ramil İsayev saytımız vasitəsilə Şəbnəm Tovuzluya müraciət edərək, ondan kömək istəmişdi. Müğənni isə həmin ailəyə ev tikdirəcəyini bildirmişdi.