Xəbər verdiyimiz kimi ötön gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında Afət Fərman qızının və Ülviyyə Alovlunun verdiyi şikayətlər üzrə məhkəmə prosesi keçirilib. Hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən iclasda hər iki şəxsin verdiyi xüsusi ittiham qaydasında şikayətləri icraata qəbul etməyib.
Moderator.az olaraq xalq artisti Flora Kərimova ilə əlaqə saxladıq. O məsələyə vəkili Xavər İsmayılovanın münasibət bildirməsini məqsədə uyğun hesab etdi. Sənətkarın vəkili saytımıza bu sözləri deyib.
"Flora Kərimova haqda xususi ittiham qaydasında verilmiş Afət Fərman qızının və Ülviyə Muradovanın şikayətləri Azərbaycan Respublikasının cinayət məcəlləsinin tələblərinə uymadığından icraata qəbul olunmadı. Ülviyyə Muradovanın işinə dövlət tərəfindən təyin edilmiş vəkil Nail Aslanov da Flora Kərimovanın müdafiəçisi kimi iştirak etmişdir” deyə o bildirib.
Xavər İsmayılova onu da qeyd etdi ki, Avqust ayının 10-u 2022-ci il tarixində Flora Kərimovanın iddiası üzrə Afət Fərman qızının Nərimanov rayonunda verilmiş ərizəsinə məhkəmədə hazırlıq iclası olacaq.