Müddətdən artıq hərbi qulluqçu baş leytenantı bıçaqlayıb Bu gün hərbi hissələrimizdə olan nizam-intizam hamımıza aydındır. Təəssüflər olsun ki, elə hərbi hissələr də var ki, özbaşınalıq, anarxiya dözülməz həddədir. Belə hərbi hissələrdən biri də Tovuz rayonunda yerləşən N saylı hərbi hissədir. Belə ki, bu gün Gundelik-Baku.com-a Hacıqabul rayonundan çox ilginc məlumat daxil olub. Həmin informasiyada deyilir ki, Hacıqabul rayon sakini, tankçı baş leytenant Rəhimov Samir Nüsrət oğlu 13 oktyabr tarixində müddətdən artıq hərbi qulluqçu Niyami Vüsal Ramiz oğlu tərəfindən bıçaqlanaraq ağır xəsarət yetirilib. Hal-hazırda yaralı Bakı şəhərində «Papanin»də yerləşən hərbi hospitalın reanimasiya şöbəsindədir. Əldə etdiyimiz məlumatlarda o da qeyd olunur ki, baş leytenanta xəsarət yetirən Niyami Vüsal Ramiz oğlu barəsində heç bir qəti imkan tədbiri seçilməyib. Məsələni Gundelik-Baku.com olaraq diqqətdə saxlayırıq. Hər hansı məlumat daxil olarsa işıqlandıracağıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.