Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə şəhid olan həyat yoldaşı Xalid Quliyevin fotosunu paylaşıb.
"Yeni Sabah” xəbər verir ki, müğənni ad günü münasibətilə onu təbrik edərək, bunları yazıb:
"Bu gün doğum günündür, ay yaraşıqlı oğlan... Xəbərin varmı, 57 yaşın oldu?! Hər oğulun işi deyil ha, bu yaşa qədər belə gənc qala, bundan da xəbərin varmı?! Ayrı nə deyim ki, ürəyim soyuya ay qaməti qamət, yerişi, duruşu, qəlbi şüşə kimi təmiz, dosta əsl dost, yara yar, ailəyə, millətə əsl oğul olanım, yüzlərlə düşmənin belini qıran igidim... Bunlardan da xəbərin varmı?! Nə isə, onsuz da ürəyim boşalmayacaq... Sözüm elə burda bitsə yaxşıdır. Bircə sonda bunu deyəcəyəm "Nə yaxşı ki, varıymışsan". Nə yaxşı ki, Doğulmuşlardansan! Doğum günün mübarək, Aynişanımızın atası, qəhrəman Xalid!!!”