Azərbaycan millisinin futbolçusu Mahir Emreli karyerasını yenidən Almaniyada davam etdirəcək.
“Qafqazinfo”nun məlumatına görə, 27 yaşlı hücumçu 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”lə anlaşıb.
Mahir yeni klubunda 10 nömrəli forma ilə çıxış edəcək. Tərəflər arasında 3 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, M.Emreli son olaraq 2-ci Bundesliqada “Nurnberq”in şərəfini qoruyub.