Şəfəqə Doğru » Ərdoğanı Rəisinin özü qarşıladı – VİDEO

Ərdoğanı Rəisinin özü qarşıladı – VİDEO

Ərdoğanı Rəisinin özü qarşıladı – VİDEO

İranda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə Prezidenti İbrahim Rəisi tərəfindən rəsmi qarşılanıb.

Shafaqadogru.com  Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın rəsmi qarşılanma mərasimi Sadabad sarayında baş tutub.

Xatırladaq ki, Ərdoğan Tehranda Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək. Bunun ardınca, "Astana formatı”nda Türkiyə-İran-Rusiya liderlərinin iştirakı ilə üçtərəfli zirvə görüşü keçiriləcək. Görüşün əsas mövzusu Suriya olacaq.

Bununla yanaşı, Ərdoğan səfər zamanı rusiyalı həmkarı Putinlə ikitərəfli görüş keçirəcək.