Şəfəqə Doğru » "Paşinyan ilə Əliyev arasında Brüssel görüşü Qarabağın son təslimi üçün..." - Aşotyan

"Paşinyan ilə Əliyev arasında Brüssel görüşü Qarabağın son təslimi üçün..." - Aşotyan

"Paşinyan ilə Əliyev arasında Brüssel görüşü Qarabağın son təslimi üçün..." - Aşotyan

Paşinyan ilə Əliyev arasında Brüssel görüşü Qarabağın son təslim olması üçün tətik ola bilər”. 

Bu barədə "Respublika” partiyasının sədr müavini Armen Aşotyan teleqram kanalında yazıb.

"Nikol Moskva qəzəbləndiyi, o cümlədən Əliyevlə yeni görüşünün yerini Brüsselə dəyişdiyi bir vaxtda, Azərbaycan Ermənistan-Rusiya münasibətlərindəki görünən çatdan davamlı olaraq istifadə edir.

Belə ki, Azərbaycanın Baş naziri bu yaxınlarda AİB Hökumətlərarası Şurasının iclasında iştirak edib.

Və bu gün məlum olub ki, Azərbaycan hərbçiləri Rusiyada keçiriləcək "Vostok 2022” beynəlxalq hərbi təlimlərində müşahidəçi qismində iştirak edəcəklər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Təəssüf ki, erməni tərəfini təmsil edən şəxs həm daxildə, həm də xaricdə milli maraqların real gündəmini irəli apara bilmir və ya bunu etmək istəmir.

Nikol ilə Əliyev arasında Brüssel görüşü Qarabağın son təslim olması üçün tətik ola bilər”,- deyə Aşotyan qeyd edib.