Şəfəqə Doğru » Tərtər çayında 1 nəfər batdı

Tərtər çayında 1 nəfər batdı

Tərtər çayında 1 nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tərtərçay çayının Tərtər rayonu, Tərtər şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. 

Bu barədə Yenisabah.az-a FHN-dən məlumat verilib. Məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.