Şəfəqə Doğru » Rusiyada çağırış yaşlı kişilərin xaricə getməsinə qadağa qoymaq tələb edildi...

Rusiyada çağırış yaşlı kişilərin xaricə getməsinə qadağa qoymaq tələb edildi...

Rusiyada çağırış yaşlı kişilərin xaricə getməsinə qadağa qoymaq tələb edildi...
"Sərhədlərin bağlanması və ölkədə hərbi vəziyyətin elan edilməsi barədə qərarlar qəbul edilməyib..."
 
"260 min kişi artıq Rusiyanı tərk edib, yaxın zamanda sərhədlərin bağlanacağı gözlənilir..."
 
Rusiya Federasiyasının çağırış yaşlı vətəndaşlarına Rusiyanın hüdudlarından kənara çıxmağa qadağa qoyulmalıdır.
 
Shafaqadogru.com  xəbər verir ki, bunu sentyabrın 26-da Federasiya Şurasında işğal edilən Krımı təmsil edən rusiyalı senator Sergey Tsekov təklif edib, məlumatı "Vesti" nəşri yayıb.
 
"Çağırış yaşda olanlara hazırki şəraitdə xaricə getməyə qadağa qoyulmalıdır", - RİA Novosti" agentliyi Tsekovdan iqtibas gətirib.
 
Sergey Tsekov həmçinin çağırışdan yayınmaya görə cərimələrin indiki 500-3000 rubldan (1,5 - 8, 9 AZN-red.) 50 000 rubladək (150 AZN-red.) artırmağı təklif edib.
 
Bununla yanaşı, Krımdan olan senator hesab edir ki, xaricə getməyə tibbi göstərişlər üzrə və hərbi xidmətə yararzsız olanlara icazə vermək olar.
 
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sentyabrın 26-da jurnalistlərə bəyan edib ki, sərhədlərin bağlanması və hərbi vəziyyətin elan edilməsi barədə qərar qəbul edilməyib. Bu barədə "Kommersant" qəzeti yazıb.
 
Sərhədlərin mümkün bağlanması ilə bağlı suala Peskov belə cavab verib: "Mənə bu barədə heç nə məlum deyil. Hal-hazırda belə qərar yoxdur". 
 
Ölkədə hərbi vəziyyətin elan edilməsinin mümkünlüyü barədə suala Peskov belə cavab verib: "Bu barədə də hal-hazırda heç bir qərar verilməyib".
 
Dörd gün ərzində Rusiyanı 260 mindən çox adam tərk edib. Bu, Rusiyada qismən səfərbərlik barədə elan ediləndən sonra baş verib, bunu Rusiyanın müxalif "Novaya qazeta. Yevropa" nəşri Rusiya prezidenti administrasiyasındakı mənbəyə istinadən məlumat verib.
 
Mənbə məlumat verib ki, bu statistika FTX-dan daxil olub, onun nümayəndələri sərhəddə vəziyyəti "nəzərdən keçirir".
 
Bu, güc strukturlarına "nə qədər gec deyil, ölkədə çıxışı bağlamağa Putini inandırmaq" üçün lazım  olub.
 
Bir gün öncə "Meduza" nəşri öz mənbələrinə isinadən yazıb ki, səfərbərlik yaşı olan kişilərə "referendumlardan" sonra Rusiyadan çıxışa qadağa qoyulacaq.
 
Belə qadağanın elan edilməsi tarixi təxminən 28 sentyabr ola bilər. Lakin "Mühüm tarixçələr" nəşri güman edir ki, qadağa artıq bu gün tətbiq edə bilər.
 
"Meduza"nın mənbələri iddia edir ki, vəziyyətin inkişafı "güc bloku"nun - Rusiya müdafiə nazirliyi, xüsudi xidmət və hüquq-mühafizə orqanları, habelə Vladimir Putinin özünün dəyərləndirmələrindən asılı olacaq.
 
Hazırda Rusiyada səfərbərlik üzrə çağırışa 35 yaşınadək sıravi və çavuş rütbəlilər, 50 yaşınadək kiçik zabitlər və 55 yaşınadək baş zabitlər cəlb edilir.