Şəfəqə Doğru » Kənd bələdiyyəsinə tənbeh cəzası - ƏTRAF MÜHİT ÇİRKLƏNDİRİLİB

Kənd bələdiyyəsinə tənbeh cəzası - ƏTRAF MÜHİT ÇİRKLƏNDİRİLİB

Kənd  bələdiyyəsinə tənbeh cəzası - ƏTRAF MÜHİT ÇİRKLƏNDİRİLİB

Xızıda ətraf mühitin çirkləndirilməsinə qarşı reyd zamanı Yeni Yaşma kənd bələdiyyəsinin sədri barəsində inzibati tənbeh tədbiri görülüb.


 DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az  saytına verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Yeni Yaşma kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

 İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərinin pozulduğuna görə Yeni Yaşma kənd bələdiyyəsinin sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

 Bu istiqamətdə tədbirlər davam etdirilir.