Şəfəqə Doğru » Şirvan Qaz İstismar Sahəsinin rəisinin oğlu motosikletlə adam vurub .

Şirvan Qaz İstismar Sahəsinin rəisinin oğlu motosikletlə adam vurub .

Şirvan Qaz İstismar Sahəsinin rəisinin oğlu motosikletlə adam vurub  .
Hacıqabulun icra başçısının köməkçisinin himayəsinə arxalanan Elxan müəllim qaz xəttindəki boruların böyük bir hissəsini satıb O, Meyniman kənd bələdiyyəsinin sədri olan oğlunu məsuliyyətdən kənarda saxlamaq üçün kimlərə minnətçi düşüb? «Azəriqaz» İstehsalat Birliyinin Salyan Regional Qaz İdarəsinin Şirvan Qaz İstismar Sahəsilə bağlı Gundelik-Baku.com-un redaksiyasına olduqca ilginc bilgilər daxil olduğundan onları sizinlə paylaşmaq istərdik. Belə ki, Şirvan Qaz İstismar Sahəsinin rəisi Elxan müəllimin Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun köməkçisi Afiq Oqtay oğlu Kərimovla yaxın əlaqələrinin olduğunu qeyd edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada bildirilir ki, bu gün Şirvan şəhər sakinləri maviyanacaq sarıdan əziyyət çəkir. Misal kimi, Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 27, mənzil 5-də yaşayan Rövşən Ramiz oğlu Əliyevin başına gələn olayı qeyd edən mənbə qeyd edir ki, adıçəkilən şəxs Şirvan Qaz İstismar Sahəsində abonentlərə kütləvi şəkildə etinasızlıq nümayiş etdirildiyini vurğulayıb. Belə ki, adına saxta borc yazıldığından idarəyə gedən şəhər sakini orada Vüsal Axundov və Amil Səmədov adlı əməkdaşlar tərəfindən rədd edildiyini, hətta təhqir olunduğunu iddia edib. Onun adına yalan borcun yazılmasına aydınlıq tələb edən şəhər sakini Rövşən Əliyev yuxarıda adları çəkilən əməkdaşlar tərəfindən kobud rəftarla üzləşdiyini deyib. Şirvan şəhər sakini həmçinin, onu da bildirib ki, abonentlərin uçotunda ciddi şəkildə nizamsızılıq hökm sürür, əhalidən yığılan qaz pullarının kalkulyasiyası qeyri-normal şəkildə aparılır ki, nəticədə mütəmadi olaraq dövlət büdcəsindən külli miqdarda pullar talanaraq idarə rəhbərliyi tərəfindən mənimsənilir. Beləliklə, iki ayın qaz pulunu ödədiyi halda adına yenə də borc yazıldığından hiddətlənən Rövşən Əliyev Şirvan Qaz İstismar Sahəsinin rəsmilərinə etirazını bildirsə də, yuxarıda adları çəkilən əməkdaşlar onun ünvanına xoşagəlməz ifadələr işlədərək idarədən qovub. Bu arada, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Afiq Kərimovun himayəsinə arxalanan Şirvan Qaz İstismar Sahəsinin rəisi Elxan müəllimin Hacıqabul-Şirvan qaz xəttindəki boruların böyük bir hissəsini satdığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, həmin borular istifadəyə tam yararlı olub: «Deyilənlərə görə, borular istifadəyə yararlı olsa da, Şirvan Qaz İstismar Sahəsinin rəisi həmin boruları «metallom» kimi ayrı-ayrı şəxslərə satır. Bildirilir ki, Elxan müəllim bu yaxınlarda qaz borularına görə bir nəfərdən 4 min manat beh də alıb. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, deyilənlərə görə, Şirvan Qaz İstismar Sahəsinin rəisinin oğlu hazırda Hacıqabul rayonu Meyniman kənd bələdiyyəsinin sədri vəzifəsində təmsil olunur. Bildirilir ki, Elxan müəllimin oğlu vaxtilə motosikletlə adam vurub və həmin vaxt Şirvan Qaz İstismar Sahəsinin rəisi əlaqələrini işə salaraq, bir sıra şəxslərə minnətçi düşərək məsələnin ört-basdır edilməsinə, oğlunun məsuliyyətdən kənarda qalmasına nail olub». Şirvan Qaz İstismar Sahəsinin rəisinin üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələ bilmədiyini və bu səbəbdən də şirvanlıların mütəmadi olaraq qazla bağlı problem yaşamalı olduğunu bildirən mənbə qeyd edir ki, Şirvan şəhərində əhalinin mavi yanacaqla təminatı ürəkaçan səviyyədə deyil: «Deyilənlərə görə, hazırda Şirvan şəhər sakinləri ilin bütün aylarında, əsasən də payız və qış fəslində qaz sarıdan əziyyət çəkirlər. Elə olur ki, günlərlə binalara, fərdi yaşayış sahələrinə mavi yanacaq verilmir. İstismar sahəsinin işçiləri bunu qaz xətlərindəki nasazlıqla əlaqələndirirlər. Halbuki Şirvan şəhərində istismar müddətini başa vurmuş qaz xətlərinin yenisi ilə əvəz olunması məqsədilə büdcədən il ərzində külli miqdarda vəsait ayrılır. Təəssüf ki, istismar müddəti başa çatmış müxtəlif diametrli qaz kəmərləri təmir edilmir, həyətlərdə olan qaz xətləri küçələrə çıxarılmır. Bununla da Şirvan Qaz İstismar Sahəsinin rəhbərliyi qaz itkilərinin çoxalmasına şərait yaradır». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Shafaqadogru.com Gündəlik.baku.coma istinadən bildirir.