Şəfəqə Doğru » Gündəm » Paşinyandan xanımına təlimat: - Ermənistan rəhbəri hərəkətə keçdi

Paşinyandan xanımına təlimat: - Ermənistan rəhbəri hərəkətə keçdi

Paşinyandan xanımına təlimat: - Ermənistan rəhbəri hərəkətə keçdi
Ermənistanın yeni səfirlərinin təyinatları ABŞ və Ukraynadakı diplomatik nümayəndəliklərin rəhbərlərini Lilit Makunts və Vladimir Karapetyanla əvəzləməklə məhdudlaşmayacaq.

Shafaqadogru.com  teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Past” qəzeti məlumat yayıb.

Nəşr təyinatların Baş nazir Nikol Paşinyanın siyasi maraqlarına xidmət etdiyini yazıb.

"Makuntsa gəlincə, həm diplomatik, həm siyasi dairələr, həm də ABŞ-dakı erməni lobbi təşkilatları onun namizədliyinə etiraz edirlər, amma bu məsələnin necə həll ediləcəyi hələ bəlli deyil. Buna rəğmən, Nikol Paşinyan "cib kadrları”nın təyin edilməsi prosesini davam etdirmək niyyətindədir”, – deyə qəzet qeyd edib.

"Past”a görə, növbədə Ermənistanın Rusiyadakı səfiri dayanır. Nəşr Moskvadakı səfiri kimin əvəz edəcəyini göstərməyib, lakin Paşinyanın Ermənistan səfirini sözünü yaxın siyasi xadimlə əvəzləməkdə qərarlı olduğunu iddia edib.

Ermənistan mətbuatında Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Zöhrab Mnatsakanyanın Ermənistanın Rusiyadakı səfiri təyin oluna biləcəyi barədə məlumat yayılıb.

Təyinatların xarici ölkələrdəki diaspordan Paşinyana gələcək təhlükələrin qarşısını almaq məqsədilə həyata keçirildiyi iddia olunub. Həmin iddiaya görə, Paşinyan bu niyyətlə həyat yoldaşı Anna Akopyanı əvvəlcə Moskvaya, daha sonra ən güclü erməni diasporunun olduğu Los Ancelesə (ABŞ) göndərib.