Şəfəqə Doğru » Gündəm » Ermənilər xarici vətəndaşları Dağlıq Qarabağa "arxa qapı"dan salacaqlar...

Ermənilər xarici vətəndaşları Dağlıq Qarabağa "arxa qapı"dan salacaqlar...

Ermənilər xarici vətəndaşları Dağlıq Qarabağa "arxa qapı"dan salacaqlar...
Fransız jurnalistlərin Dağlıq Qarabağa girişinə imkan verilmədikdən sonra ermənilər öz aləmlərində vəziyyətdən çıxış yolu tapıblar. Cinayətkar rejimin xarici işlər nazirliyi adlandırdığı qondarma strukturu bildirib ki, "Dağlıq Qarabağa gəlmək istəyən xarici vətəndaşlar əvvəlcə bu idarəyə müraciət edib icazə almalıdırlar. Və bu prosedur həm viza tələb olunan ölkələrin vətəndaşlarına aiddir, həm də viza rejimi tətbiq olunmayan ölkələrin vətəndaşlarına”.
 
Ermənilər bu formanı belə şərh edirlər: ”Gəlmək istəyən xarici vətəndaşların müraciətləri eyni zamanda Rusiya sülhməramlılarına veriləcək və sülhməramlılar onların təhlükəsiz girişini təmin edəcəklər. Xarici vətəndaşlara icazə sertifikatı Artsaxın İrəvandakı daimi nümayəndəliyində təqdim olunacaq. Bundan sonra onlar Dağlıq Qarabağa gələ bilərlər”.
 
Məlumatda o da qeyd olunur ki, bu qayda haqqında artıq bəzi xarici kütləvi informasiya vasitələrinə xəbər verilib.
 
Göründüyü kimi ermənilər aldıqları son zərbədən necə çıxmağın yollarını axtaranda ənənəvi həyasızlıqlarını işə salıblar. Guya Ermənistana yox, "Artsax”a müraciət edəndə Rusiya sülhməramlıları onları gül-çiçəklə qarşılayıb sərhəddən buraxacaqlar. 
 
Hesab edirik ki, ermənilərin növbəti avantürası haqqında bəri başdan Rusiya sülhməramlılarını Azərbaycan XİN və digər səlahiyyətli qurumlar xəbərdar edəcək və belə bir cəhd elə beşiyindəcə zərərsizləşdiriləcək.