Türkiyənin İzmir şəhərinin Qaraburun rayonu sahillərində 4 bal gücündə zəlzələ olub.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı yerin 7,3 km dərinlikdə meydana gəlib.
Zəlzələ ətraf rayonlarda da hiss olunub. Dağıntı və tələfat olmayıb.