Bayden istəyir, amma İranla razılaşmaq üçün... - Analiz
- Tarix: 19-fev-2021, 16:50 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 32

İranın nüvə probleminin həlli və münasibətlərin inkişafı Tehran və Vaşinqtonun fəaliyyətlərinin sinxronlaşdırılmasını tələb edir.

Shafaqadogru.com  xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Vladimir Sajin deyib.

"Nüvə razılaşmasının reanimasiyasında həm İran, həm də ABŞ maraqlıdır. İran ilk növbədə ABŞ-ın nüvə razılaşmasına geri qayıtmasında yox, sanksiyaların götürülməsində maraqlıdır. Ona görə ki, ABŞ sanksiyaları İran iqtisadiyyatını güclü vurur. Sanksiyalar götürülmədən İranın iqtisadi inkişafının perspektivləri yoxdur.

İndi İranda kifayət qədər çətin daxili siyasi situasiya var. İyunda ölkədə prezident seçkisi olacaq, yeni prezidentin inaqurasiyası böyük ehtimalla avqustda baş tutacaq. Bu zamana qədər liberal demokrat baxışları olan Həsən Ruhani prezident qalacaq. Əlbəttə, o, ABŞ-la dialoqun tərəfdarıdır, amma o, tam hakimiyyətə sahib deyil”, – deyə o bildirib.

Sajin İranın yeni prezidentinin antiqərb, antiamerika dairələrinin nümayəndəsi ola biləcəyini deyib. O, bu mövqeyin Xameneinin mövqeyi ilə uzlaşdığını bildirib:

"Xamenei üçün bu şansı Ruhaniyə vermək sərfəli deyil. Ruhaninin nüvə razılaşmasında mümkün uğurları onun tərəfdarlarının konsolidasiyasına gətirib çıxara bilər”.

Sajin, həmçinin ABŞ-ın İranla dialoqun tərəfdarı olduğunu qeyd edib:

"Bayden nüvə razılaşmasının yenilənməsini və İrana qarşı sanksiyaların götürülməsini istəyir. Lakin o, bunda həm də gücsüzdür. 2015-ci ilin mayından belə qanun var ki, İranın nüvə problemi ilə bağlı prezident hər 90 gündən bir Konqresə hesabat verməlidir. Əgər hesabat mənfi olarsa və ya heç olmazsa, o zaman Konqres İrana sanksiyalar təşəbbüsü irəli sürmək haqqına sahib olur”.


Oxşar xəbərlər