Jurnalist Əfqan Sadıqov Gürcüstanda saxlanılıb.
Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat yayıb.
Məhkəmənin qərarı ilə Əfqan Sadıqov 14 sutqalıq həbs edilib. O, Tbilisidəki aksiyada yolu qanunsuz bağlamaqda təqsirli bilinib.
Bir müddət əvvəl Ə.Sadıqov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. O, ölkədə olmadığından beynəlxalq axtarışa verilib. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qarşılıqlı əməkdaşlıq müqaviləsinə uyğun olaraq, Əfqan Sadıqovun ölkəyə ekstradisiya edilməsi istənilib. Sonradan gürcü məhkəməsi onu azadlığa buraxıb.
Qafqazinfo.az