Şəfəqə Doğru » Gündəm »  Tovuzda həkim və şöbə müdiri nədə ittiham olunur? - TƏFƏRRÜAT

 Tovuzda həkim və şöbə müdiri nədə ittiham olunur? - TƏFƏRRÜAT

 Tovuzda həkim və şöbə müdiri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Rüşvət almaqda ittiham olunan Tovuz rayon Mərkəzi Xəstəxnasında həkim travmatoloq-ortoped vəzifəsində işləmiş Kəmaləddin Abbasov və şöbə müdiri Fəxrəddin Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, istintaq orqanı tərəfindən Kəmaləddin Abbasov Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Fəxrəddin Qasımov isə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kəmaləddin Abbasov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, 1975-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Unversitetini bitirib, 1983-cü ildən hazıradək Tovuz rayonunda həkim travmatoloq kimi işləyib: "2018-ci ildən təqaüdə çıxmağıma baxmayaraq müqavilə əsasında xəstəxanada işimi davam etdirmişəm. Əvvəllər iş üzrə şahidi tanışmamışam. Onunla aramızda hər hansı ədavət və ya narazılıqları olmayıb. Onu yalnız xəstəxanaya müraciət edərkən tanımışam. Həmin şəxs 2019-cu ilin aprel ayında Travmatologiya və Ortopediya şöbəsinə müayinə və müalicə üçün müraciət etdi. Mən də onu müayinə etdim”.

Kəmaləddin Abbasov rüşvət almadığını, həmin şəxsdən 200 manatı dərman pulu üçün aldığını qeyd edib. Onun sözlərinə görə, həmin şəxsə əlllik dərəcəsinin verilməsi üçün rüşvət istəməyib.

Digər təqsirləndirilən Fəxrəddin Qasımov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, cinayət işində adı keçən xəstənin xəstəxananın Travmatologiya şöbəsində stasionar şəraitdə müalicə almasını və xəstəxanada qalmasını görməyib: "Lakin onunla bağlı müvafiq sənədləri təsdiq etmişəm. şöbəyə müraciət edən hər bir xəstənin özüm və ya Fəxrəddin Qasımov tərəfindən qəbul edilərək lazımi müayinələrdən keçirildiyini, əgər stasionarda qalmasına göstəriş olarsa palataya yerləşdirilərək həkim nəzarəti altında tibb bacısı tərəfindən lazimi proseduralar həyata keçirilib. Travma almış xəstələr əlillik dərəcəsi almaq üçün ilkin olaraq Tovuz rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinə müraciət edir, orada ilkin sənədləşmə işləri aparıldıqdan sonra göndərişlə ya Bakı şəhərində yerləşən Travmatolojiya və Ortopediya İnsitituna, ya da birbaşa Tovuz rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə göndərilir. Adı keçən xəstə müayinədən keçdikdən sonra yenidən bizim şöbəyə göndərilib. Əlillik dərəcəsi almaq üçün müaricət edən hər bir xəstə baş həkimin tövsiyəsinə əsasən təxminən 10-15 gün müddətinə Travmatologiya şöbəsində stasionar şəraitdə qalmalıdır. Şöbə müdiri kimi özüm, eləcə də müalicə həkimi hər gün həmin xəstələrin yerində olub-olmamasını yoxlamalı, müalicə həkimi lazımi müayinələri etməlidir. Tovuz rayonunun Alakol kənd sakini əvvəllər tanımamışam və onunla aramızda heç bir münasibətlərimiz olmayıb. O, 2019-cu il tarixdə müayinə üçün şöbələrinə müraciət edərkən görmüşəm. Həmin gün onu xidməti otaqların bir olduğu üçün Kəmaləddin həkimlə birlikdə qəbul etdik”.

Bu cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Nural Əliyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.

Kəmaləddin Abbasov və Fəxrəddin Qasımovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Kəmaləddin Abbasov 3 il sınaq müddəti olmaqla 5 il 6 ay müddətinə, Fəxrəddin Qasımov isə 1 il sınaq müddəti olmaqla 6 ay müddətinə şərti cəza alıb.

Kəmaləddin Abbasov 2 il, Fəxrəddin Qasımov isə 1 il müddətinə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum ediliblər.