Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisi Unikal-a açıqlamasında hazırda R.Mehdiyevin özünü yaxşı hiss etdiyini bildirib.
"Səhhəti normaldır. Evdə xanımı ilə qalır. Oğlu və qızı da gəlib-getmirlər. Onlar öz evlərindədir. Ev üçün bazarlığı da mən edirəm", - deyə o qeyd edib.
Sabiq PA rəhbəri ev dustaqlığını məşhur "Avropa" otelinin yanında, Tiflis prospektindəki villasında çəkir.