ABŞ prezidenti Donald Tramp Türkiyədə itkin düşən Səudiyyə Ərəbistanından olan jurnalist Camal Kaşıkçı ilə bağlı növbəti açıqlama verib.
Shafaqadogru.com xəbər verir ki, Tramp Camal Kaşıkçının taleyi ilə bağlı Səudiyyə Ərəbistanın səlahiyyətli şəxsi ilə telefonda müzakirə apardığını bəyan edib: "Bu gün səudiyəli yetkililərlə söhbət etdim. Camal Kaşıkçının nişanlısını da Av Evə dəvət etdim. Bu, çox təhlükəli, qorxunc hadisədir”.
Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, "Vaşhinqton Post” yazarı Camal Qaşıqçı oktyabrın 2-də rəsmi prosedurlarla əlaqədar Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedib və bir daha ondan xəbər almaq mümkün olmayıb.
İşlədiyi qəzetin rəhərliyi onun konsulluqda öldürüldüyünü deyir. Səudiyyə rəsmiəri isə bu iddianı rədd edir. Türkiyə isə bütün gücü ilə hadisəni aydınlaşdırmağa çalışdıqlarını bəyan edib.