Zaman-zaman sosial şəbəkələrdə iş təklifləri ilə qarşılaşırıq. Əksər vaxtlar isə bu təkliflərin yalan olduğu ortaya çıxır.
Belə iş təkliflərinin biri isə Azərbaycan Beynəlxalq Bankı ilə bağlıdır. Belə ki, paylaşılan elanda onlayn köməkçi axtarıldığı deyilir. Və günə 150 manatdan çox maaş təklif olunur.
Lent.az məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərovla əlaqə saxlayıb.
Onun sözlərinə görə, bu xəbər yalandır:
"Zaman-zaman belə xəbərlərlə qarşılaşırıq. Bunların hər biri yalan xəbərlərdir. Bizim vakansiyalarımız olduqda rəsmi şəkildə elan edirik".