Şəfəqə Doğru » Gündəm » Naxçıvanda ayı ata və oğula hücum etdi

Naxçıvanda ayı ata və oğula hücum etdi

Naxçıvanda ayı ata və oğula hücum etdi

Naxçıvanda ayı ata və oğula hücum edib.

 “Report”a istinadən xəbərdə bildirilir  ki, hadisə Babək rayonunun Yuxarı Buzqov kəndində qeydə alınıb.

Belə ki, Payız kənd sakini 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağı oğlu və onun övladı ayının hücumuna məruz qalıb.

Hadisə nəticəsində M.Məmmədov müxtəlif bədən xəsarətləri alıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.