Şəfəqə Doğru » Gündəm » “Sülhməramlılar onları torpaqlarımızdan çıxarmalıdır, yoxsa...”

“Sülhməramlılar onları torpaqlarımızdan çıxarmalıdır, yoxsa...”

“Sülhməramlılar onları torpaqlarımızdan çıxarmalıdır, yoxsa...”

Asim Mollazadə: "Azərbaycan öz ərazisini terrorçulardan təmizləməyə qadirdir”

 

Bugünlərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə göndərilməsi halları ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:

 

"10 noyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən birgə bəyanatın imzalanmasından sonra Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq insan hüquqlarının əsas prinsiplərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi xidmət üçün göndərilməsi hallarına rast gəlinir".

 

Ermənistan 10 noyabr byanatını pozmaqda davam edərsə, bu, Azərbaycanı hansısa cəza tədbirləri görmək məcburiyyəti qarşısında qoya bilərmi?

 

Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə, bu məsələdə Rusiya sülhmərmalılarının üzərinə xüsusi məsiliyyət düşdüyünə diqqət çəkdi:

"Mənə elə gəlir ki, bu hadisənin məsuliyyətini ilk növbədə Rusiya sülhməramlıları daşıyır. Çünki Ermənistan tərəfindən 10 noyabr bəyanatının necə icra edilməsinə onlar nəzarət etməli idi. Onlar gələcək qarşıdurma və təxribatların qarşısını almaq üçün müvafiq addımlar atmalıdırlar. Rusiya sülhməramlıları çalışmalıdırlar ki, yaxın müddətdə bütün bu təxribatçı qrupları müəyyənləşdirib onları Ermənistana geri qaytarsınlar. Əks halda, Azərbaycan öz ərazisini diversantlardan, terrorçulardan təmizləməyə qadirdir və bunu hamı bilir. Azərbaycanın "dəmir yumruğu” yerindədir. Monitorinq qrupundakı türk hərbçilərinin də bölgədəki vəziyyəti izləmək imkanları var. Rusiya sülhməramlıları onları Azərbaycan torpaqlarından çxıarmalıdır. Bu, onların missiyasıdır və onlar bu missiyanı yerinə yetirməlidirlər”.

 

Seymur ƏLİYEV