Şəfəqə Doğru » Manşet » Rza Zərrabın məhkəməsində ŞOK OLAY

Rza Zərrabın məhkəməsində ŞOK OLAY

Rza Zərrabın məhkəməsində ŞOK OLAY
 

ABŞ-da həbs edilən azərbaycan əsilli, iranlı iş adamı Rza Zərrabın məhkəməsində şok olay yaşanıb.

Onun vəkilləri Şeyda Yıldırım və Aytən Yılmaz istefa verib.

Belə ki, R.Zərrab hələ Türkiyədə ikən onu təhqir edənlərə məhkəmə işi açdırıb. Lakin dünən keçirilən məhkəmədə hakim Zərrabın vəkillərinin onu müdafiə etməkdən imtina etdiyini açıqlayıb.

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilərək Mayamidə həbs edilmişdi. Lakin daha sonra federal hökumət və məhkəmə ilə razılığa gələrək məhkəmə prosesində cinayətkar kimi deyil, Türkiyə "Xalqbank"ın prezident müavini Hakan Atillanın şahidi kimi çıxış etmişdi.