Şəfəqə Doğru » Gündəm » "30-dan çox ölkədə aclıq olacaq" - XƏBƏRDARLIQ

"30-dan çox ölkədə aclıq olacaq" - XƏBƏRDARLIQ

"30-dan çox ölkədə aclıq olacaq" - XƏBƏRDARLIQ
 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qida təhlükəsizliyi iclasında çıxış edən sözçü Beasley bir sıra açıqlamaları ilə diqqət çəkib

Shafaqadogru.com  xəbər verir ki, o, bu il dünyanın ən böyük aclıq böhranı ilə üzləşə biləcəyini, xüsusilə Konqo Demokratik Respublikasında, Əfqanıstan, Nigeriya, Suriya, Yəmən, Sudan, Cənubi Sudan və Sahel bölgəsində qida çatışmazlığından söhbət açıb.

Beasley, 30-dan çox ölkədə 34 milyon insanın qıtlığın astanasında olduğuna işarə edərək, anaların Cənubi Sudanın Pibor bölgəsinin qərbində övladlarını ölü heyvan dərisi və palçıqla bəsləməyə məcbur olduqlarını vurğulayıb.

Bununla yanaşı, BMT Baş Katibi Antonio Quttereş, "İnsanlar ac qalmaqla qarşıdurmalar yaranır",- deyə fikir bildirib.

Quttereş dərhal tədbir görülməyəcəyi təqdirdə milyonlarla insanın aclıq və ölüm həddinə sürüləcəyini xəbərdar edib. Həmçinin, o, aclıq və ölümlərin qarşısını almaq üçün 5.5 milyard dollar yardım tələb edib.