Şəfəqə Doğru » Gündəm » İcra başçısı olan keçmiş tramvay ustası, arpa satan Əziz Əzizov- Və başçının şofer, hüquqçu, köməkçi olan bacısı oğlu

İcra başçısı olan keçmiş tramvay ustası, arpa satan Əziz Əzizov- Və başçının şofer, hüquqçu, köməkçi olan bacısı oğlu

İcra başçısı olan keçmiş tramvay ustası, arpa satan Əziz Əzizov- Və başçının şofer, hüquqçu, köməkçi olan bacısı oğlu
İcra başçılarının bir qisminin tərcümeyi-halı sözün həqiqi mənasında əsl "komediya” mövzusudur.
Belə icra başçılarından biri də keçmişdə Tramvay parkında usta işləyən Əziz Əzizovdur.
Təsəvvür edirsiniz, tramvay təmir edən, dövlətdən cüzi maaş alan birisi birdən işini dəyişir və peyda olur sahibkarlıq sektorunda, başlayır biznes qurmağa. Özü də arpa, taxıl satmaqla məşğul olur.
Adama deyərlər tramvay düzəltməy hara, arpa satmaq hara..?
Hələ bu harasıdır ? Əsl komediya tramvay ustasının, apra satanın Cəlilabad boyda rayona icra başçısı təyin olunmasıdır.
Bol taxıl məhsulları olduğu üçün həmişə Cəlilabad rayonuna Azərbaycanın Ukraynası deyiblər. Bəli, Əziz Əzizov düz 12 il Cəlilabad rayonunun icra başçısı oldu. Və rayonda daşı-daş üstə qoymadı. Əlinə nə keçdi satdı, taladı.
Rayonda yüz hektarlarla üzüm sahələrini Əziz Əzizov özününküləşdirdi. Cənab başçının rayonda restoranları, otelləri, marketləri fəaliyyətə başladı.
Cəlilabadla kifayətlənməyən Əziz Əzizov biznesinin bir hissəsini Neftçala rayonuna köçürdü. Neftçalada Əziz Əzizovun qoyun sürüləri, heyvandarlıq fermaları və daha nələri.
Neftçalanın ozamankı icra başçısı, hazırda məhkum həyatı yaşayan İsmayıl Vəliyev az qala özü Əziz Əzizova çobanlıq edirdi.
Bəli, Əziz Əzizov Cəlilabadı "abad” eləyəndən sonra Allah qoymasa üz tutdu Bakının ən böyük rayonu olan Yasamala.
Yasamalda da az "işlər” görmədi cənab başçı. Adi JEK müdirlərini dəyişməyin qiymətlərini qaldırdı. Bir də öz şoferi olan bacısı oğlunu hüquq şöbəsinə təyin etdi.
Bəli, tramvay ustası icra başçısı olanda, sürücü də hüquq şöbəsində çalışmalıdır.
Nəhayət Əziz Əzizov paytaxtın ən torpaqlı, ən məhsuldar rayonu olan Suraxanıya icra başçısı təyin olundu. Və ilk əmri əvvəl şofer, sonra "hüquqçu” olan bacısı oğlunu özünə köməkçi təyin etdi.
Əziz Əzizov rayonlara öz dədə-baba malı kimi baxır, elə bilir ki, rayonu "arendaya” götürüb.
Hələ Əziz Əzizovun macəralarından danışmırıq. Dostu Kamillə qohum olmağı başqa bir komediyanın mövzusudur.
Yəqin diqqətli oxucular bilir ki, vətəndaşı "tumançaq” aparan polis əməkdaşını bu günlərdə cənab Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov vəzifəsindən azad etdi.
Söhbət Suraxanı Rayon Polis İdarəsinin kapitan Şəhriyar Hüseynzadədən gedir. O, xidmətdə törətdiyi nöqsanlara görə, dəfələrlə 30-cu Polis Şöbə və RPİ rəhbərliyinin iradlarından nəticə çıxartmadığına görə tutdugu vəzifədən azad edilib.
Bəli, söhbət Əziz Əzizovun kürəkəni Şəhriyar Hüseynzadədən gedir.
Təsəvvür edirsiniz, qaynata rayonun icra başçısı, kürəkən RPİ-də polis zabiti. Hələ bu harasıdır?
Əziz Əzizov Şəhriyarın atası, Ağcabədinin icra başçısı Rafil Hüseynov ilə quda imiş.
Qaynatası Əziz Əzizova arxayın olan polis zabiti Şəhriyar Hüseynzadə "Şalvar geyinməsin, elə belə aparın” deyərək vətəndaşı təhqir etmişdir.
Hə, cənab Əzizov, bir gün bu rüsvayçılıqlar özünüzə qayıdacaq.
Cəmiyyətimiz "Qara maska” komediyasına baxacaq...
Növbəti yazıda icra başçısının "şərikli” geniş biznes şəbəkəsindən bəhs edəcəyik.
/gundelik-baku.com/