Şəfəqə Doğru » Gündəm » Süveşy kanalı nəfəs almağa başladı

Süveşy kanalı nəfəs almağa başladı

Süveşy kanalı nəfəs almağa başladı
Bir həftədir dünya ticarətini iflic edən, Süveyş kanalında ilişib qalan Ever Given gəmisi nəhayət ki, 29 mart tarixində, saat 16 radələrində yoluna düzəlib və kanaldan keçid yenidən bərpa olunub. Arxasındakı pər kanalın sahilinə ilişərək kilidlənən və digər gəmilərin yolunu kəsən bu nəhəng gəmi 10 köməkçi gəminin dartmasıyla yenidən hərəkətini bərpa edə bilib. Qeyd edək ki, bir həftədən bəri artıq 425 gəmi kanalda tıxacda qalıb, hərəkətin bərpasını gözləyirdi. Onların hamısının kanaldan çıxıb Aralıq dənizində yoluna düzəlməsi isə təzədən 3 gün vaxt aparacaq kimi qiymətləndirilir. 
 
İnsanlar özlərindən böyük fəlakətlər yaratmağa davam edirlər.