Vətən müharibəsində yaralanan və bu günə kimi komada olan hərbçimiz Səbuhi Hüseynli dünyasını dəyişib.
Shafaqadogru.com xəbər verir ki, 24 yaşlı S.Hüseynli bu gün şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz yaş yarımlıq körpə atası idi. O, oktyabrın 26-da Xankəndi istiqamətində başından güllə yarası almışdı.
Allah rəhmət eləsin!