"İtkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır".
Shafaqafogru.com xəbər verir ki, bu fikirlər Respublika Hərbi Prokurorluğunun yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, axtarışlar Murov dağı silsiləsində əlverişli təbii şərait imkan verənədək təxirə salınıb.
"O cümlədən həmin hərbi qulluqçularımızın əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalları ətrafında da istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir və nəticəsi barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək", - məlumatda qeyd olunub.