Şəfəqə Doğru » Gündəm » 15 İYUL TÜRKİYƏDƏ ŞƏHİDLƏR GÜNÜ ELAN EDİLDİ

15 İYUL TÜRKİYƏDƏ ŞƏHİDLƏR GÜNÜ ELAN EDİLDİ

15 İYUL TÜRKİYƏDƏ ŞƏHİDLƏR GÜNÜ ELAN EDİLDİ

15 iyul Türkiyədə Şəhidlər Günü kimi qeyd ediləcək.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Binəli Yıldırım və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarla birlikdə xalqa müraciətində bildirib.
Ərdoğanın sözlərinə görə, Fətullahçı Terror Təşkilatının (FETO) dövlət çevrilişinə uğursuz cəhd etdiyi günlərdə türk milləti tarix yaradan və yazan bir millət olduğunu bir daha sübut etdi: "Demokratiyanın keşiyində durmağımızı sonuna qədər davam etdirərək bu uğuru sona çatdırmalıyıq. Dedi-qodulara, fitnə mərkəzlərinə etibar edilməməlidir, yalnız və yalnız hökumətimizin səlahiyyətli qurumlarının və şəxslərinin verdikləri məlumatlara etibar etməyinizi xüsusi olaraq xahiş edirəm”.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbçilər tərəfindən dövlət çevrilişinə cəhd olunub. Hadisə nəticəsində 246 nəfər ölüb, 2185 nəfər yaralanıb.